23 aprel 2013 13:43
Yığmamız Xarlamova aid filmə baxdı (FOTO)
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Park Bulvar Alış-Veriş Mərkəzindəki kinoteatrda (Park Cinema) Rusiya kinomatoqrafçılarının istehsalı olan "Əfsanə № 17" bədii filminə baxıblar. Azerisport.az xəbər verir ki, film əfsanəvi sovet xokkeyçisi Valeri Xarlamovun həyatı, idmançı karyerası, ağır məşqlərə böyük iradə hesabına davam gətirməsi, milli komandanın uğurları üçün əzmkarlıqla mübarizə aparmasından bəhs edir.
Yığmamızın üzvlərinə film biletləri Park Cinema tərəfindən təqdim olunub.
