23 aprel 2013 13:52
Endi Koul Azərbaycana gəlir
İngiltərənin “Manchester United” klubunun sabiq hücumçusu Endi Koul Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, üç dəfə İngiltərə çempionu, Çempionlar Liqasının qalibi olmuş Koul mayın ilk günlərində Bakıya təşrif buyuracaq.
Qeyd edək ki, onun Bakıya səfəri “Manchester United”lə “Bakcell” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində baş tutacaq. İstisna deyil ki, Endi Koul mayın1-də Bakıda keçiriləcək veteranlar arasındakı sınaq matçında da iştirak etsin.
