23 aprel 2013 14:03
Sumqayıt İdman Mərkəzinin tikintisi davam edir (FOTO)
"Sumqayıt" İdman Mərkəzinin tikintisi davam etməkdədi. Azerisport.az xəbər verir ki, mərkəzin süni örtüyünün Sumqayıta gətiriməsi və asfalt örtüyünün tam şəkildə hazırlanması barədə xəbər vermişdik.
Artıq mərkəzin süni ot örtüyün quraşdırılması yekunlaşmaq üzrədi. Bir neçə gün əvvəl isə stadionun işıqlandırma sisteminin quraşdırılmasına başlanılıb. Yaxın günlərdə tribunalarda oturacaqların quraşdırılmasına başlanılacaq.
