23 aprel 2013 14:16
Pit də Xəzər Lənkərana kömək etməyə bilər
Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bakı” nı qəbul edəcək “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, səhər saatlarında başlayan məşqdə futbolçular saat yarım ərzində məşqçilər korpusunun verdiyi çalışmaları səylə yerinə yetiriblər.
Hazırda komandanın heyətində Dimitrios Sialmas, Alvaro Silva və Adrian Pit zədədən əziyyət çəkir. Adıçəkilən futbolçuların mydana çıxıb-çıxmayacağı oyun saatına yaxın məlum olacaq.
