23 aprel 2013 14:47
İbrahim Karqbo Bakıdan qovula bilər
“Bakı”nın yarımmüdafiəçisi İbrahim Karqbo komandadan uzaqlaşdırıla bilər. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən futbolçunun intizamsızlıq etməsidi.
Belə ki, 27-ci turun “Qarabağ”la oyunu öncəsi Karqbo məşqə gəlməyib. O, heç sonrada hazırlığa qatılmamasının səbəbini də izah edə bilməyib.
Nəticədə, baş məşqçi Bojidar Bandoviç ona qarşı sərt cəza tətbiq edib. Karqbo heç “Xəzər Lənkəran”la kubokun cavab matçına da aparılmayıb və Bakıda saxlanılıb. Lakin istisna deyil ki, klub rəhbərliyi bu intizamsız davranışlarına görə onu komandadan uzaqlaşdırsın.
