23 aprel 2013 15:55
Qurban Qurbanov Böyükağa Hacıyevi təbrik etdi (FOTO)
Dünən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev böyük oğluna toy edib. Azerisport.az xəbər verir ki, Hacıyevlərin bu xoş günündə baş məşqçinin həmkarları da iştirak ediblər.
Onların arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da olub. Ağdamlıların çalışdırıcısı Hacıyevi şəxsən təbrik edib.
Maraq üçün bildirək ki, sabah Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” və “Qarabağ” yenidən üz-üzə gələcəklər və Qurbanovla Hacıyev meydanda növbəti dəfə bir-birinə rəqib olacaq.