23 aprel 2013 16:09

“Azərbaycan yığmasında oynamaqdan qorxuram”

Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Hannover” klubunun yarımmüdafiəçisi Əli Gökdəmirin azerisport.az saytına müsahibəsi
 
- “Hannover”dəki aqibətiniz nə yerdə qalıb? Klubla yeni müqavilə imzalayacaqsız?
- Bəli, artıq iki illik yeni anlaşmaya imza atmışam. Bundan öncə komandanın baş məşqçisi ilə də söhbətim oldu. Mirko Slomka məni əmin etdi ki, komandaya lazımam. Həm də bundan sonra artıq əsas komandanın oyunçusuyam. Məşqçimiz söz verdi ki, mənə şans verəcək.
 
- Bəs sizi meydanda nə vaxt görəcəyik?
- Mən zədədən yenicə sağalmışam. Amma hələ də ayağımda ağrılar hiss edirəm. Digər tərəfdən mən heç bir yerə tələsmirəm. Həkimlər də risk etməməyi məsləhət görürlər.
 
- Slomka bu durumunuz barədə nə deyir? O, sizi tələsdirmir?
- Əsas komandada başqa zədəlilər də var. İndiki məqamda mən baş məşqçiyə çox lazımam. Lakin o, məni növbəti mövsüm üçün komandada görmək istəyir. Ona görə də bu mövsüm yalnız bir-iki oyunda meydana çıxa bilərəm.
 
- Bu zədəniz sizi Lüksemburq və Portuqaliya ilə oyunlardan da kənar qoydu...
- Bundesliqada çıxış etsəm də, fəxr edirəm ki, Azərbaycan yığmasının şərəfini qoruyuram.  Lüksemburq və Portuqaliya ilə oyunlarda komandama kömək edə bilmədiyimə görə məyusam. Həm də ona görə məyusam ki, hələ Azərbaycan millisində ən yaxşı oyunumu sərgiləyə bilməmişəm.
 
- Niyə?
- Qorxuram.
 
- Nədən?
- Ötürmələrdə, müdafiədə səhv etməkdən. Qapımız qarşısında təhlükəli vəziyyətlərə yol açacaq səhvə yol vermək istəmirəm. Buna görə də hələ azərbaycanlı azarkeşlər mənim əsl oyunumu görməyiblər. Bəlkə də bu, kifayət qədər oyun təcrübəmin olmamasından irəli gəlir. Amma əminəm ki, gələcəkdə bu komandaya daha çox şey verə biləcəm.
 
- Portuqaliya ilə oyuna baxmısız?
- Əlbəttə, baxdım. Komandamız oyuna pis başlamamışdı. Rauf Əliyevin qırmızı vərəqə alması planları korladı. Şübhəsiz ki, belə heyətə malik rəqiblə mübarizə aparmaq Azərbaycan millisi üçün heç də asan deyil.
 
- Lüksemburqla oyunda sizi yığmanın heyətində görə biləcəyik?
- Ümid edirəm ki, hə. Oynamağı çox istəyirəm. Bizə Lüksemburqu məğlub etmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.