23 aprel 2013 16:22
Neftçi - İnter matçının başlama saatı açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 28-ci turun oyun cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları aprelin 26-27-də keçiriləcək.
28-ci turun proqramını təqdim edirik:
Əvəzedicilərin çempionatı
28-ci tur
26 aprel (cümə)
“Rəvan” – “Turan”
“Bayıl Arena” stadionu, 15:00
“Kəpəz” – “Sumqayıt”
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu, 16:00
27 aprel (şənbə)
“Neftçi” - “İnter”
“Dalğa Arena” stadionu, 13:30
“Bakı” – “Simurq”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 16:00
AZAL – “Xəzər Lənkəran”
“AZAL Arena” stadionu, 16:00
