23 aprel 2013 17:15
Əvəzedicilər də cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Kəpəz” – “Turan” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 77-ci dəqiqəsində “Turan”ın futbolçusu Orxan İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Neftçi” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Sumqayıt” oyununun 31-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Camal Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
