23 aprel 2013 17:34
Orxan Məmmədova iki oyunluq cəza!
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Divizionunun 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Energetik” – “Ağsu” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Bakılı” – “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Tərəqqi” – “Neftçala” matçının 44-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Orxan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Lokomotiv” – “Göyəzən” matçının 45-ci dəqiqəsində “Göyəzən”nin futbolçusu Əli İmamverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Lokomotiv”in futbolçusu Kənan Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
