24 aprel 2013 18:24
Portuqaliya və Rusiya millisi Lissabonda qarşılaşacaq
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə F qrupunda mübarizə aparan Portuqaliya və Rusiya yığmalarının iyunun 7-də keçiriləcək qarşılaşmasının stadionu və oyunun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Lissabon şəhərindəki "Estadio da Luz" stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20:45-də başlayacaq.
