24 aprel 2013 19:26
Azərbaycan klubu UEFA Kubokunda ikinci qələbəsini qazandı
UEFA Regionlar Kuboku turnirindəki təmsilçimiz “Qaraçala” ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Makedoniyanın “South East FYROM” komandası ilə qarşılaşan təmsilçimiz 2:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, “Qaraçala” ilk oyunda Litvanın “Lietava” klubu ilə qarşılaşmış və 3:0 hesablı heç-heçə etmişdi. İkinci oyunda da qələbəyə sevinən Azərbaycan klubu mərhələ adlayıb.
Qeyd edək ki, “Qaraçala”nın mübarizə apardığı 4-cü qrupun oyunları Litvada təşkil olunub.
