24 aprel 2013 21:48
Bojidar Bandoviç: Yaratdığımız qol imkanlarından faydalana bilmədik
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Xəzər Lənkəran”la qarşılaşmanı şərh edib. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis 0:2 hesabıyla uduzduqları oyundan sonra bunları dilə gətirib:
“Rəqib komandanı finala çıxması ilə təbrik edirəm. Çox gözəl oyun göstərdik. Təəssüf ki, yaratdığımız qol imkanlarından faydalana bilmədik”.
