24 aprel 2013 21:52
Con Toşak: Bakı finala vəsiqəni ilk oyunda uduzmuşdu
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bakı” ilə qarşılaşmanı şərh edib. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları dilə gətirib:
“Bizim üçün ağır oyun oldu. Komandamız əzmkarlıq göstərdi, sonadək mübarizə apardı. İlk qolu vaxtında vurduq. Mənə elə gəlir ki, “Bakı” finala getməyi artıq ilk oyunda uduzdu. Onlar şanslarını boşa verdilər. Həmin oyunda bizim bəxtimiz gətirdi. Azarkeşlərə minnətdaram. Hiss etdik ki, doğma divarlar arasında oynayırıq. Qələbədə onların da payı var”.
