24 aprel 2013 23:05
Neftçinin düşərgəsində qalmaqal
Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qarabağ”a qarşı keçirilmiş cavab oyunundan (2:2) sonra “Neftçi”nin düşərgəsində qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, komandanın serbiyalı qapıçısı Saşa Stamenkoviçlə müdafiəçi Denis Silva arasında mübahisə düşüb.
Buna Stamenkoviçin oyunun sonlarında buraxdığı kobud səhv səbəb olub. Hansı ki, həmin epizodda Emeka Opara hesabı bərabərləşdirməyə nail oldu. 2:2 hesabı ilk oyunda 2:1 hesabıyla qalib gəlmiş “Neftçi”nin finala çıxmasıyla nəticələnsə də, braziliyalı müdafiəçi qapıçının həmin səhvinə görə ondan hesabat tələb edib. Belədə, tərəflər arasında kiçik münaqişə yaşanıb.
