24 aprel 2013 11:15
İsrail - Azərbaycan oyununun tarixi dəyişdirildi
Təqvimdə göstərildiyi kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu il sentyabrın 6-da İsrail və Azərbaycan milli komandaları qarşılaşmalı idi. Lakin azerisport.az xəbər verir ki, İsrail Futbol Federasiyası AFFA-ya müraciət edərək həmin tarixdə İsraildə bayram olduğunu bildirib və oyunun bir gün sonraya - sentyabrın 7-nə keçirilməsini xahiş edib.
AFFA bu müraciəti müsbət cavablandırıb.
Beləliklə, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək.
