24 aprel 2013 11:46
Elnur Abdullayev: Kubokun finalında Neftçiyə qarşı oynamaq istəyirəm
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayevin azerisport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”ın Azərbaycan Kubokunun finalına çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- “Xəzər Lənkəran”da hamı başa düşür ki, bu mövsümü yalnız ölkə kubokunu qazanmaqla xilas etmək olar. Bunun üçün isə öncə “Bakı”nı məğlub etməliyik. İlk oyundan sonra üstünlük rəqibdədi. Amma əgər biz erkən qol vursaq, hər şey dəyişə bilər. Biz bu rəqibi keçəcək gücdəyik. Əsas özünəinamdı. Sona qədər mübarizə aparmalıyıq. Bu yolda erkən qol bizə çox kömək edə bilər.

- İlk oyunu çox zəif keçirdiniz. Hətta baş məşqçi Con Toşak da narazılığını dilə gətirdi...
- Baş məşqçi haqlıdı. Biz ilk oyunda zəif çıxış etdik. Amma cavab oyunu evdədi. Biz burda həmişə yaxşı çıxış edirik.
- “Bakı”nın heyətində kimi qeyd edə bilərsiz?
- “Bakı”da çoxlu yaxşı futbolçular var. Amma şəxsən mənə görə ən təhlükəli oyunçuları Marius Penadı. O, komandanın ən yaxşısıdı. Əgər biz onu diqqət mərkəzində saxlaya bilsək, yaxşı oynamasına imkan verməsək, yaxşı olar.

- Sizcə, “Xəzər Lənkəran” kubokda uğur qazansa, bu, cari mövsümdəki uğursuzluqları unutdura biləcək?
- Əvvəlcə qələbəni qazanmaq lazımdı ki, buna əmin olaq. Bir şeyə əminəm ki, kuboku qazana bilsək, azarkeşlərlə barışarıq. Onlar ən yaxşısına layiqdilər.

- Digər yarımfinal cütündə kimə azarkeşlik edəcəksiz?
- Bizi öz oyunumuz maraqlandırır. Qoy “Qarabağ”la “Neftçi” kimin finala layiq olduğunu özləri ayırd etsinlər. Amma şəxsən mən həlledici oyunda “Neftçi”ni görmək istərdim.