24 aprel 2013 23:57
Qurban Qurbanov: İstədiyimiz alınmadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş “Neftçi” ilə qarşılaşmanı şərh edib. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı 2:2 hesabıyla başa çatan oyundan sonra bunları dilə gətirib:
“Maraqlı və gərgin oyun oldu. Azarkeşlər dörd qol gördülər. Oyunda sona kimi mübarizə apardıq, lakin istədiyimiz alınmadı. “Neftçi” komandası bu gün yaxşı oynadı. Artıq komandanı “Qəbələ” ilə növbəti çempionat oyununa hazırlamaq lazımdı”.
