24 aprel 2013 12:03
Hakan Şükür: Bakıda 9 nömrə ilə oynayacağam
Futbol üzrə Türkiyə milli komandasının və “Galatasaray” klubunun sabiq forvardı Hakan Şükür Azərbaycan və Avropanın futbol veteranları arasında mayın 1-də keçiriləcək yoldaşlıq görüşündə iştirakı barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Azərbaycana “Bakı”nın prezidenti Hafiz Məmmədovun dəvəti ilə gəlirəm. Mütləq bu klubun bazasında olmalıyam. Həmçinin Madrid “Atletico”sunun Bakıdakı oyununda da iştirak etmək istəyirəm. Veteranlarla oyuna gəlincə, mən bu qarşılaşmada iştirak etməyi çox istəyirəm. Meydana 9 nömrəli forma altında çıxacağam”.