24 aprel 2013 12:21
“Biz bəzi komponentlərdə hətta Xəzər Lənkərandan güclüyük”
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Xəzər Lənkəran”ı keçəcəklərinə əmindi. Azerisport.az saytına müsahibəsində o, bu görüş öncəsi şansları dəyərləndirib:
“Bakı” ilə “Xəzər Lənkəran”ın şansları bərabərdi. Amma ilk matçda biz çox yaxşı oynadıq. Əgər səfərdə də belə oynaya bilsək, finala çıxacağıq. Çünki biz bəzi komponentlərdə hətta cənublulardan güclüyük. Aydın məsələdi ki, artıq çempionatda bizim heç bir şansımız qalmayıb. Təəssüf ki, liderlərdən çox geri qalırıq. Kubokda isə hər şey yeni başlayır. “Bakı”nın hər bir futbolçusu başa düşür ki, “Xəzər Lənkəran” üzərində qələbə komandamızı avrokuboklara çox yaxınlaşdıracaq”.