24 aprel 2013 12:36
Veteranların oyununa giriş dəvətnamə ilə olacaq
Xəbər verdiyimiz kimi, mayın 1-də, Bayıl stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş veteran futbolçular arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, saat 20:00-da başlayacaq qarşılaşmanı izləmək üçün stadiona giriş dəvətnamə ilə olacaq.
Dəvətnamə əldə etmək istəyənlər AFFA-ya müraciət edə bilər.
