24 aprel 2013 13:10
Arif İsayevlə Rail Məlikov Denizlisporda belə məşq edir (FOTOLAR)
Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Denizlispor” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Dənizli klubu PTT Birinci Liqanın 32-ci turunun “Şanlıurfaspor”la oyununa hazırlaşır.
Komanda ötən gecə kluba məxsus Haluk Ulusoy bazasında növbəti məşqə çıxıb. “Manisaspor” üzərindəki səfər qələbəsindən sonra futbolçuların əhval-ruhiyyəsinin olduqca yüksək səviyyədə olduğu görünüb.
