24 aprel 2013 14:21
Berti Foqts Qarabağ - Neftçi oyununu izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkə kubokunun 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu saat 21:00-da başlayacaq.
