24 aprel 2013 15:25
Yunis Hüseynov: Toşakın bu qərarları mənim üçün müəmmalıdı
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi
- Kubokun yarımfinal mərhələsində “Neftçi” və “Qarabağ”dan hansının şanslarını daha yüksək qiymətləndirirsiz?
- Bu komandalar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Onsuz da istənilən halda hər ikisi Bakıda oynayır. Bu üzdən də şanslar bərabərdi. Baxmayaraq ki, “Neftçi”nin müəyyən üstünlüyü var. Bu, təkcə ilk oyundakı 2:1 hesablı qələbənin üstünlüyü yox, həm də psixoloji üstünlükdü. Lakin “Qarabağ” da “Neftçi”yə qarşı necə oynamaq lazım olduğunu bilir və bunu cari mövsümdə bir neçə dəfə göstərib. Hər ikisi finala çıxmağa layiqdi.

- Çempionatda ardıcıl üç dəfə “Qarabağ”a məğlub olan “Neftçi” nəhayət kubokun ilk oyununda qalib gələ bildi...
- Başa düşürəm ki, “Neftçi”nin çempionatda bu rəqibini yenə bilməməsindən istifadə edib, ajiotaj yaratmağa çalışırlar. Amma paytaxt klubu növbəti dəfə çempion olsa, heç kim onların “Qarabağ”ı məğlub edə bilməməsindən danışmayacaq. Kubokdakı 2:1 hesablı qələbəyə gəlincə, bu, çox sürüşkən hesabdı. Cavab görüşündə hər şey ola bilər.
- Digər cavab oyununda da “Bakı” “Xəzər Lənkəran”ın qonağı olacaq...
- Burda da gərgin mübarizə olacaq. Çünki hər iki komanda üçün avrokuboklara yeganə yol kuboku qazanmaqdan keçir. “Xəzər Lənkəran” doğma meydanda ikiqat güclə oynayır. Amma ilk oyundan sonra üstünlük “Bakı”nın tərəfindədi. Evdə qələbə qazandıqlarından, cavab görüşünə rahat hazırlaşıblar. Həm də qeyd etmək lazımdı ki, bu komanda son dövrlər artırıb. Sadəcə, bir az bəxtləri gətirmir. “Xəzər Lənkəran” isə təzyiq altında oynayacaq.
- Con Toşak ilk oyundan sonra bildirdi ki, “Bakı” “Xəzər Lənkəran”dan daha yaxşı oynadı...
- Düzünü deyim ki, həmin oyunda Toşakın bəzi qərarları mənim üçün müəmmalı qaldı. Mən digər məşqçilərin işini müzakirə etməyi sevimirəm. Amma yenə də mənə müəmmalı idi ki, bu komanda “Bakı”ya qarşı niyə beş müdafiəçi ilə oynayırdı. Özü də cənublulara səfərdə qol vurmaq lazım idi. Toşak sonuncu əvəzləməni 58-ci dəqiqədə etdi. Oyunun heç bir saatı tamam olmamış bütün əvəzetmələri necə etmək olar? Kimsə zədə alsaydı, komanda azlıqda oynayacaqdı? Hər halda bunlar mənim fikrimdi. Sadəcə, onu deyə bilərəm ki, “Xəzər Lənkəran”a cavab oyununda çox çətin olacaq.
- Paytaxt klubu Lənkəranda Kamran Ağayevsiz oynaya bilər...
- “Xəzər Lənkəran” Kamran Ağayevdən özü imtina etdi. Niyə indi “Bakı” onun xidmətindən yararlanmamalıdı ki? Aydın məsələdi ki, azarkeşlər vaxtilə onların qapıçısı olmuş birinin digər komandada oynamasını xoşluqla qəbul etməzlər. Amma bu, futboldu, qəbul etmək lazımdı.
- Finalda “Neftçi” və “Xəzər Lənkəran”ın qarşılaşmasını istərdiniz?
- Mən daha yaxşı oyun sərgiləyən iki kluba azarkeşlik edirəm. Amma adlarını açıqlamayacağam. Dörd klubun hamısının finala çıxmaq şansı var.
- Mayın 1-də veteran futbolçularımız Avropadan olan ulduz həmkarları ilə qarşılaşacaqlar. Siz bu oyunda iştirak edə biləcəksiz?
- Təəssüf ki, oynaya bilməyəcəm. Belimdə ağrılar var. Buna görə oynamaqda çətinlik çəkirəm. Amma stadionda olacağam, bizimkilərə azarkeşlik edəcəm. Maraqlı oyun gözləyirəm.
- Təəssüf ki, oynaya bilməyəcəm. Belimdə ağrılar var. Buna görə oynamaqda çətinlik çəkirəm. Amma stadionda olacağam, bizimkilərə azarkeşlik edəcəm. Maraqlı oyun gözləyirəm.