24 aprel 2013 16:00
Braziliyada DÇ-2014-ün rəsmi musiqi aləti təqdim olundu
Braziliya prezidenti Dilma Rusef Braziliyada futbol üzrə 2014-cü il Dünya çempionatının rəsmi musiqi aləti "kaşirola"nı təqdim edib. Azerisport.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı xəbər yayıb.
Rusef bununla bağlı açıqlamasında deyib: "Mən inanıram ki, "kaşirola" yalnız futbolun simvolu olmayacaq, həmçinin bizim ölkənin "vuvezela"dan fərqli olaraq daha gözəl musiqi aləti yaratmaq qabiliyyətini əks etdirəcək. Musiqi təhsili olmayan mənim üçün "kaşirola" əsl surpriz olub. Bu alət məni təəccübləndirdi: son dərəcə gözəl, sadə, lakonik, özündə bütün Braziliyanı əks etdirir".
