24 aprel 2013 16:51
Kamran Ağayev Lənkəranda oynamayacaq
“Bakı”nın qapıçısı Kamran Ağayev futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Xəzər Lənkəran”a qarşı bu gün keçiriləcək cavab matçında iştirak etməyəcək. Azerisport.az saytına bu barədə klubdan məlumat verilib.
“Xəzər Lənkəran”la cavab görüşündə “Bakı”nın qapısını Edin Nuredinoski qoruyacaq. Ağayev isə ehtiyatda qalacaq.
Qeyd edək ki, Ağayevin Lənkəranda meydana çıxmasını paytaxt klubu özü istəməyib. Çünki vaxtilə cənub klubunda çıxış etmiş Ağayevlə qonaq azarkeşlər arasında Bakıdakı görüşdən sonra müəyyən xoşagəlməz hallar yaşandı. Bu üzdən də “Bakı” rəhbərliyi matçın Lənkəranda keçiriləcəyini nəzərə alaraq, daha böyük insidentlərin baş verməsinin qarşısını almaq üçün Kamranın ehtiyatda qalmasına qərar verib.
