24 aprel 2013 17:10
Kubok oyunlarının hakim təyinatları məlum oldu
Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” matçının baş hakimi Elçin Məmmədov olacaq. Lənkəran şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.
“Qarabağ” – “Neftçi” görüşünü isə Fariz Yusifov idarə edəcək. Bu qarşılaşma Tofiq Bəhramov adıan Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinalın ilk oyunlarında “Bakı” 1:0, “Neftçi” isə 2:1 hesablı qələbəyə sevinmişdi.
