24 aprel 2013 17:45

Marius Pena: Lənkəranda hər şey fərqli olacaq

“Bakı”nın hücumçusu Marius Penanın azerisport.az saytına müsahibəsi
 
- “Xəzər Lənkəran”la cavab oyunu öncəsi 1:0 hesablı üstünlüyünüz var. Sizcə, bu, finala çıxmaq üçün nə dərəcədə böyük üstünlükdü?
- İlk oyunda qələbə qazansaq da, 1:0 çox sürüşkən hesabdı. İndi bizə evdəki uğurun davamını Lənkəranda da gətirmək lazımdı. Lakin bu, çox çətin olacaq.
 
- İlk oyundakı qələbə komandada arxayınlığa səbəb olmayacaq?
- Xeyr. Biz belə bir şeyə yol vermərik.
 
- Şansları necə qiymətləndirirsiz?
- Hələ heç nə həllini tapmayıb. Hər iki komandanın şansı bərabərdi - əllinin əlliyə.
 
- İlk oyun barədə nə deyə bilərsiz?
- Yaxşı oyun alındı. Bizə qarşı çox möhkəm komanda oynayırdı. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Doğma meydanda qol buraxmamağımız da çox yaxşı oldu.
 
- Amma yaratdığınız çoxlu qol epizodundan yalnız birini dəyərləndirə bildiniz...
- Hər halda 1:0 qolsuz heç-heçədən daha yaxşı nəticədi. Ən azı ona görə ki, cavab görüşü öncəsi cüzi də olsa, üstünlüyümüz var.
 
- İlk oyunda daha çox qol vurmağınıza nə mane oldu?
- Fikrimcə, bunun əsas səbəbkarı rəqib qapıçı oldu. O, çox əla oyun keçirdi.
 
- Amma qələbə qazanmağınızda yaxşı təsir bağışlayan müdafiə xəttinizin də az rolu olmadı...
- Elədi. Rəqib qapımız qarşısında təhlükəli qol vəziyyətləri yarada bilmədi. Amma əminəm ki, Lənkəranda hər şey fərqli olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.