25 aprel 2013 18:23
Azərbaycanlı futbolçuları Atletico ilə oyuna Berti Foqts çıxarmayacaq
Məlum olduğu kimi, aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda “All Star of Azerbaijan” və “Atletico” komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, həmin oyunda azərbaycanlı ulduzların komandasına yığmamızın baş məşqçisi Berti Foqtsun rəhbərlik edəcəyi haqda xəbərlər yayılıb.
Lakin AFFA-nın baş katibi Elxan Məmmədov bu xəbəri təkzib edib: “Fotqs Azərbaycanın yığma komandasını çalışdırır. “Atletico”ya qarşı oynayacaq ulduz futbolçularımıza isə alman mütəxəssis rəhbərlik etməyəcək”.
