25 aprel 2013 18:53
Con Toşak Berti Foqtsun köməkçisi oldu
Mayın 1-də Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək Azərbaycan və Avropanın veteran futbolçuları arasındakı yoldaşlıq görüşündə komandalara hansı məşqçilərin rəhbərlik edəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan veteranlarını meydana Ağasəlim Mircavadov çıxaracaq. Onu Səməd Qurbanov kömək edəcək.
Avropalı veteranlara isə Berti Foqts rəhbərlik edəcək. Yığmamızın almaniyalı çalışdırıcısına “Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşak yardımçı olacaq.
Maraq üçün bildirək ki, bu görüş mayın 1-də “Bayıl Arena”da keçiriləcək.
