25 aprel 2013 11:14

“Neftçi, Qarabağ və İnter digərlərindən daha üstün görünür”

“İnter”in Uşaq-Gənclər Futbol Məktəbinin inkişafı üzrə layihə rəhbəri Valentin Xodukin klub radiosunun efirində yayımlanan “Küncdən zərbə” proqramının qonağı olub. Azerisport.az xəbər verir ki, proqramın gedişində mütəxəssis rəhbərlik etdiyi məktəbin fəaliyyəti barədə danışıb:
 
“Xoşdu ki, “İnter”in müxtəlif yaş qrupları üzrə komandaları çempionatın final mərhələsinin iştirakçılarıdı. Ümid edirəm ki, kiçik yaş qrupumuz çempionluq uğrunda mübarizə aparacaq. Bizim 1999-cu və 2000-ci il təvəllüdlü uşaqlardan ibarət çox yaxşı komandalarımız var. Bizim medallar uğrunda mübarizə aparan əsas komandalar da bunlardır. Bəli, uşaq futbolu çətin proqnozlaşdırılır, ancaq “İnter”in uşaq komandalarının uğur əldə etməsini çox istəyirik”.
 
Bunda başqa, Xodukin bu yay Bakıda keçiriləcək İBA U-14 Cup turniri barədə danışıb: “Turnir iştirakçılarının tərkibi çox güclüdü. Etiraf edim ki, püşkatmadan bir az qorxuram. Bilmirəm, “İnter”ə hansı rəqib düşəcək. Bizim əsas məqsədimiz Avropanın müxtəlif güşələrində və ölkələrində futbolun səviyyəsinə baxmaqdan ibarətdi. Buna görə də turnirin coğrafiyası belə genişdi. Düşünürəm ki, hər keçən il bu turnirin səviyyəsi güclənəcək. Sizə maraqlı faktı deyim: bu yaxınlarda, turnir iştirakçılarının tərkibi tam məlum olduqdan sonra “İnter”in prezidentinə İsveçrənin ən tanınmış klublarından biri olan “Basel”dən zəng gəlmişdi. Bu klubun nümayəndələri bizim turnirdə iştirak etmək istədiklərini bildirmişdilər. Qeyd edim ki, turnir haqqında məlumatı öz kanalları vasitəsilə öyrənmişdilər”.
 
Söhbətin sonunda Xodukin Premyer Liqa barədə də fikirlərini açıqlayıb: “Çempionat çox gərgin keçir. Final mərhələsi 3 rəqabətqabiliyyətli komandanı müəyyənləşdirdi. “İnter”, “Neftçi” və “Qarabağ” komandaları final mərhələsində digər komandalardan daha üstün görünürlər. Lakin bu mübarizənin yekun nəticəsini demək çox çətindi. Axı heç kim sonluğun necə olacağını bilmir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.