25 aprel 2013 11:27
Yığmamız üçün qisas imkanı
Bu gün Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Bayıl stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda Türkiyə yığması 2 cavabsız qolla qalib gəlmişdi.
