25 aprel 2013 12:01
Ağasəlim Mircavadov: Finalda favorit axtarmağa ehtiyac yoxdu
Azərbaycanın veteran məşqçisi Ağasəlim Mircavadov ölkə kubokunun finalına “Xəzər Lənkəran”la “Neftçi”nin çıxmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Maraqlı oyun olacaq. Finala məhz bu komandaların çıxması həlledici oyuna xüsusi gözəllik qatacaq. Məncə, “Xəzər Lənkəran” öz oyunu və azarkeşlərinin möhtəşəm dəstəyi ilə “Bakı”nın mübarizədən kənarlaşdıra bildi. Lənkəran klubu da “Neftçi” qədər iddialıdı. Bu üzdən də gərgin oyun olacaq. “Neftçi”ni favorit hesab etmək olar. Bakılılar bu mövsüm “qızıl dubl” etmək istəyirlər. Lakin final oyunlarında hər şey mümkündü. Ona görə də favorit axtarmağa ehtiyac yoxdu. Hər halda finaldakı azarkeş dəstəyi öz sözünü deyə bilər”.

Qeyd edək ki, final matçı mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.