26 aprel 2013 00:32

“Bu oyunumuzla ilk 6-lıq-da çıxış edə bilərdik”

Qışda yenidən "Rəvan”a qayıdan Ramazan gəldiyi gündən bəri baş məşqçi Ramil Əliyevin güvəndiyi simalardan birinə çevrilib. Azerisport.az xəbər verir ki, AZAL ilə görüşdə sonradan meydana çıxsa da, ən fəal futbolçulardan olan Abbasov qollardan birinin müəllifi də oldu. Sentyabrda 30-u haqlayacaq yarımmüdafiəçi klubun rəsmi saytına danışıb.
 
- Son turda "Rəvan” forması ilə Premyer Liqadakı 40-cı görüşünü keçirdin. Yubiley barədə fikirlərini bilmək maraqlı olardı.
- Mənim üçün xoşdur, əlbəttə. Bir klubun formasını daim geymək futbolçu üçün hərtərəfli yaxşıdır. Çünki artıq mühit dəyişikliyinə ehtiyac qalmır. Bu da sabit oynamağına təsir göstərir. Öz təcrübəmə əsasən deyə bilərəm ki, tez-tez klub dəyişmək futbolçuya heç də yaxşı təsir etmir. Hazırda "Rəvan”da oynadığıma görə şadam, belə fürsətin olması xoşdur.
 
- Ötən mövsüm də "Rəvan”da idin. Bu iki komandanı müqayisə edə bilərsən?
- Müqayisə eləmək mənə çətindir. Ötən mövsüm də komanda yaxşı çıxış edirdi. Sadəcə, bu mövsüm olduğu kimi, bəzi həlledici məqamlarda yersiz xal itkiləri hədəfə çatmağa mane oldu. Məhz bu üzdən ilk "6-lığ”a düşə bilmədik. Məncə, bu oyunumuzla ilk "6-lıq”da çıxış edə bilərdik. Sadəcə, ilk dövrədə itirilən xallar sonda həlledici oldu. Ancaq hiss olunur ki, "Rəvan”da artım gedir, yüksəliş var.
 
- Premyer Liqanın son iki oyununda ehtiyatda qalırsan, yalnız əvəzləmədən sonra meydana çıxırsan. Bu nə ilə bağlıdır?
- Bu, məşqçinin qərarıdır və ona hörmətlə yanaşıram. Məşqçi kimin oyuna daha yaxşı hazır olduğunu görür və öz seçimini edir. Mənə elə gəlir ki, Ramil müəllim hamıya şans verir. Sadəcə, bu şansdan yararlanmaq lazımdır. Komandamızda ayrı-seçkilik yoxdu, ola da bilməz.
 
- Sənin mövqeyində son oyunlarda Tofiq Mikayılov çıxış edir. Bu rəqabət sənə və oyununa necə təsir edir?
- Hər bir komandada rəqabət olmalıdır. Bu inkişaf üçün zəruridir. Hər bir futbolçu onu hər an lazımınca əvəzləyə biləcək oyunçunun olduğunu bilməlidir. Fikirləşməlidir ki, "boşalmaq” olmaz. Məşqlərdə səylə çalışmaq lazımdır ki, nə formanı itirəsən, nə də əsas heyətdəki yerini. Mən də məhz buna çalışıram.
 
- AZAL ilə oyunda meydana çıxdıqdan az sonra qol vurdun və sevincin emosional alındı. Səbəb nə idi?
 - Yox, bunun nə iləsə əlaqəsi yoxdur. Sadəcə, komandamız uduzurdu və fərqi azaltdığıma görə sevindim. Adi instinktiv hərəkət idi.
 
- Bəs məğlubiyyətin səbəbləri nə idi, səncə?
- Dəqiq səbəbləri baş məşqçi düzgün bilər. Amma mənə elə gəldi ki, əzmkarlıqda rəqibə uduzduq. Son 4 oyundakı "Rəvan”ı görə bilmədik. Ümidvaram ki, evdə keçirəcəyimiz oyunda onlardan bu yenilginin əvəzini çıxacağıq.
 
- Ümumiyytlə, komandanı necə dəyərləndirirsən? Hazırkı komanda mövsümün əvvəlindən olsaydı, nəyə nail olmaq mümkün idi?
- Komanda haqda da daha düzgün məlumatı baş məşqçi verə bilər. Amma məncə, ən azından daha iddialı olardıq. İlk "6-lığ”a da vəsiqə qazana bilərdik.
 
- Qarşıdan "Turan”la matç gəlir. Komandadan nə gözləyək?
- Oyuna hazırlıq tam qaydasında gedir. Əvvəlki kimi səylə hazırlaşırıq. Təbii ki, qələbə üçün meydana çıxacağıq. Ən azı komandada ruh yüksəkliyi yaratmaq üçün bu vacibdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.