26 aprel 2013 02:00
Fenerbahce və Chelsea ilk oyunlardan qalib ayrıldı (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki görüş eyni gündə baş tutub.
Qardaş Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Fenerbahce” doğma meydanda “Benfica” ilə münasibətlərinə aydınlıq gətirib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
“Basel” isə “Chelsea” ilə qarşılaşıb. Bu görüşdə isə İngiltərə klubu qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
25 aprel
Basel (İsveçrə) – Chelsea (İngiltərə) -1:2 (0:1)
Qollar: Şar, 87-pen - Moses, 12, D.Luis, 90.
Fenerbahce (Türkiyə) – Benfica (Portuqaliya) - 1:0 (0:0)
Qol: Egemen Korkmaz, 72.
Matçın 45-ci dəqiqəsində meydan sahiblərinin üzvü Kristian penaltidən yararlana bilməyib
