25 aprel 2013 13:19
Cavid Hüseynov: Lənkəranda bacardığımız oyunu sərgiləyə bilmədik
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri səfər matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mərhələ keçə bilmədiyimizə görə çox məyusuq. Gözləmədiyimiz nəticə ilə üzləşdik. İlk oyundan sonra finala vəsiqə qazanacağımızı düşünürdük. Bu turnirə ümidlərimiz çox idi. İlk oyunda da göstərmişdik ki, biz “Xəzər Lənkəran”dan daha güclü komandayıq. Amma finala onlar çıxdılar. Nəsə düz getmədi. Ən azı bir qol vursaydıq, hər şey fərqli bitəcəkdi. Elə mənim özümün bir şansım oldu. Fikrimcə, biz Lənkəranda “Bakı”nın bacardığı futbolu sərgiləyə bilmədik”.
