25 aprel 2013 13:38

“Qəbələnin indiki durumu mənə Vengerin Arsenaldakı ilk illərini xatırladır”

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams hollandiyalı Stenli Brardın bu klubun futbol akademiyasının direktoru vəzifəsinə gətirilməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu təyinata görə çox sevindiyini dilə gətirib:

“Mən Stenlini 2005-ci ildən tanıyıram. O zaman “Feyenoord”da kursda idim. Onunla müqavilə bağladığımıza görə çox sevinirəm”.
 
Qeyd edək ki, Adams “Qəbələ”nin baş məşqçisi postundan getdikdən sonra klub prezidenti Tale Heydərovun məsləhətçi kimi çalışır. Britaniyalı mütəxəssis klubda uşaq və gənclər futbolu sahəsində aparılan işlərə də münasibət bildirib: “Qəbələ”də klub prezidentinin uşaq və gənclər futbolunu inkişaf etdirmək yönündə apardığı işər göz önündədi. O, komandada yerli futbolçuları görməyi çox istəyir. Akademiyamızda yaxşı gələcək vəd edən uşaqlar var və biz onların inkişafı üçün çalışırıq”.
 
“Bizim bir neçə meydançamız var. Həm təbii, həm də süni örtüklü. Eyni zamanda üstüörtülü meydançamız da var. Təbii ki, bütün bu layihələrdə mənim də əməyim var. Tezliklə “Qəbələ”nin yeni stadionu da istifadəyə veriləcək. Ümumiyyətlə, hazırda “Qəbələ”də aparılan işləri “futbol inqilabı” adlandırmaq olar. Bu, mənə Arsen Vengerin “Arsenal”dakı ilk illərini xatırladır. O zaman bu klubda da hər şey oxşar vəziyyətdə idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.