25 aprel 2013 13:53

Admir Teli üçün mövsüm erkən bitdi

“Qarabağ”ın müdafiəçisi Admir Teli mövsümü bitirib. Azerisport.az xəbər verir ki, ardıcıl 88 oyuna çıxmaqla Azərbaycan rekordu qıran albaniyalı futbolçu “Bakı” ilə oyunda zədələnərək əvəzlənməli olmuşdu.
 
Müayinələrdən sonra məlum olub ki, 31 yaşlı futbolçunun sağ ayağı burxulma nəticəsində sıradan çıxıb. Eyni oyunda sıradan çıxan Ansi Aqollinin durumu bir qədər yüngüldü. Klubun fizioterapevti Murat Şahinoğlu zədəlilərlə bağlı açıqlama verib:
 
“Admirin durumu daha ağırdı. İlkin müayinə zamanı vəziyyətin ağır olması bəlli oldu. Onun üzərində xüsusi müalicə proseduru yerinə yetiririk. Gələn həftə onu yüngül məşqlər etdirə bilərik. Amma bunun fəsadı da ola bilər. Ona görə də riskə getməyi düşünmürük. Normalda Admirin geri dönüşü üçün 1 ay lazımdı. Amma mülaicənin verdiyi təsirin də böyük rolu var. Ansinin durumu daha qənaətbəxşdi. Hər halda Aqollinin bu mövsüm oynama şansı var. Onda əzələ gərilməsi var. Sıraya dönməsi üçün 10 gün lazım olur. Hazırlıq prosesini də nəzərə alsaq, daha bir neçə gün lazım ola bilər. Belədə son 2-3 oyunda meydana çıxma şansı var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.