25 aprel 2013 14:33
Ağabala Ramazanov: Onlar buna layiqdilər
“Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovun azerisport.az saytına müsahibəsi
- Kubokun “Bakı” ilə cavab görüşündə belə oyun gözləyirdiz?
- “Bakı” yaxşı oynadı. Amma biz daha güclü idik. Onlara özlərini göstərmək imkanı vermədik. Başa düşürdük ki, bu, bizim üçün avrokuboklara son şansdı. Ona görə də ancaq qələbə barədə düşünürdük. İlk qolu vurandan sonra komandada özünəinam daha da artdı. Amma oyundan öncə də uğur qazanacağımıza inam var idi.

- “Xəzər Lənkəran” ilk oyunla müqayisədə tam fərqli futbol sərgilədi...
- Biz səfərdə də yaxşı oynamışdıq. Sadəcə, daha çox müdafiəyə diqqət ayırmaq məcburiyyətində idik. Əsas qol buraxmamağa çalışırdıq. Buna baxmayaraq, son dəqiqələrdə penaltidən qol buraxdıq. Öz meydanımızda isə daha çox hücum etdik və iki qol vurduq. Fikrimcə, rəqibi bütün komponentlərdə üstələməyi bacardıq. Sübut etdik ki, finala layiqik. Bununla kifayətlənmək istəmirik. Hədəfimiz final oyununda da qələbə qazanmaqdı.
- “Qarabağ” – “Neftçi” matçına baxdınız?
- Bəli. Orda da yaxşı oyun alındı. Amma düzünü deyim ki, bizim üçün finalda kiminlə qarşılaşmağımızın fərqi yox idi. Hər halda “Neftçi” ilə düşdüyümüzə görə şadıq. Mövsüm “Böyük oyun”la yekunlaşacaq ki, bu da gözəl oldu.

- Əgər “Neftçi” çempion olsa, “Xəzər Lənkəran” avtomatik olaraq Avropa Liqasına vəsiqə qazanacaq. Bu komandaya azarkeşlik edəcəksiz?
- Biz “Neftçi”yə azarkeşlike də bilmərik. Bizə bunun üçün sadəcə kubokun finalında qələbə qazanmaq lazımdı. Avrokuboklara vəsiqəni öz gücümüzlə əldə etmək istəyirik. Başqalarının çempionluğu bizi sevindirə bilməz. Çempionatda kim qalib gəlirsə, bunu bizim üçün yox, özü üçün edir.

- “Neftçi”yə qalib gələcəyinizə inanırsız?
- “Xəzər Lənkəran” final oyununa xüsusi hazırlaşacaq. Maksimum gücümüzü qoyacağıq. “Neftçi” ilə oyun bizim üçün çox vacibdi. “Bakı” ilə oyundan sonra azarkeşlərimiz meydana çıxıb bizi təbrik etdilər. Onlar bizim uğurumuza çox sevindilər. Fikrimcə, onlar buna layiqdilər.

- Con Toşak oyundan sonra nə dedi?
- Bütövlükdə razı qalmışdı. Bu gün səhər məşqi zamanı da bildirdi ki, yaxşı oynadıq. Həmçinin klub prezidenti Mais Mənsimov da bizi təbrik etdi.