25 aprel 2013 15:17
Azərbaycan bayrağı Real və Borussianın oyununda (FOTO)
Məlum olduğu kimi, ötən gecə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın “Borussia” (Dortmund) klubu doğma divarlar arasında İspaniyanın “Real” klubunu qəbul etdi. Azerisport.az xəbər verir ki, almanların 4:1 hesablı darmadağına sevindiyi gecədə bizlər üçün diqqətçəkən məqamlardan biri də “Siqnal İduna Park” arenasında böyük ölçülü Azərbaycan bayrağının asılması idi. Həmin görüntünü təqdim edirik.
