25 aprel 2013 15:56
Şahin Diniyev və Vəli Qasımov bu gün Özbəkistana yola düşür
Azərbaycanın veteran futbolçuları bu gün Özbəkistanın paytaxtı Daşkəndə yola düşəcəklər. Azerisport.az xəbər verir ki, səfərdə məqsəd yerli veteranlardan ibarət komanda ilə yoxlama oyunu keçirməkdi.
Qarşılaşma aprelin 27-də baş tutacaq. Daşkəndə Oqtay Abdullayevin rəhbərliyi altında Asim Xudiyev, Əsgər Abdullayev, Asif Əliyev, Hacıbala Abdullazadə, Əbdülqəni Nurməmmədov, Rauf Əmirov, Vəli Qasımov, Musa Qurbanov, Hüseynov Məhəmmədov, Nadir Əliyev, Fizuli Cavadov, İlqar Hüseynov, Şahin Diniyev və Telman Əzizov yollanır.
Komandamızın baş məşqçisi isə Səməd Qurbanov olacaq.
