25 aprel 2013 16:35
Xəzər Lənkəran sabah Bakıya yola düşəcək
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Bakı”ya qarşı keçirilmiş cavab oyunundan (2:0) sonra komandanın üzvlərinə bir günlük istirahət verib. Azerisport.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçular sabah səhər bir araya gələcəklər və yüngül məşqdən sonra Bakıya yollanacaqlar.
Qeyd edək ki, “ağ-yaşıllar” Premyer Liqanın 28-ci turunda AZAL-la qarşılaşacaqlar. Toşak komandasını bu görüşə məhz Bakıda hazırlayacaq.
Lənkəran təmsilçisinin düşərgəsində cəzalı Dimitrios Sialmas istisna olmaqla, başqa itki yoxdu.
