25 aprel 2013 17:26

Hakan Şükür: Yenidən Bakıda meydana çıxmaq xoş olacaq

Futbol üzrə Türkiyə yığmasının və “Galatasaray” klubunun sabiq forvardı Hakan Şükürün azerisport.az saytına müsahibəsi
 
- Öncə Azərbaycana qarşıdakı səfəriniz barədə fikirlərinizi bilmək istərdik...
- İki gün ərzində Bakıda olacağam və paytaxtınızda bir sıra vacib görüşlər həyata keçirəcəm. Məni Azərbaycana “Bakı”nın prezidenti Hafiz Məmmədov dəvət edib. Səfər zamanı “Atletico”nun sizin futbolçularla oyununu da izləyəcəm. Mayın 1-də isə veteranlar arasında Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək. Həmin oyunda iştirak etməliyəm. Azərbaycana gəlişimdən çox şadam. Hamı ölkələrimizin nə qədər yaxın olduğunu bilir. Bizi çox şeylər birləşdirir.
 
- Veteranların oyununu da sadəcə izləməklə kifayətlənəcəksiz?
- Avropalı veteranların heyətində yer almalıyam. Hələlik komandanın heyəti tam müəyyənləşməyib. Amma azarkeşləri maraqlı və baxımlı futbol gözlədiyi dəqiqdi.
 
- Adətən belə oyunlar heç-heçə bitir. Bu oyunda da elə olacaq?
- Bir daha qeyd edirəm ki, hələ heyətimizdən xəbərim yoxdu. Sadəcə onu bilirəm ki, Türkiyədən mənimlə yanaşı başqa qonaqlar da olacaq. Nəticədən danışmaq istəmirəm. Jurnalistlər bu və ya digər oyunun hansı nəticə ilə bitəcəyinə dair çox suallar verirlər. Amma belə proqnozlar vermək çətindi. Çünki futbolda hər şey ola bilər. Əsas odu ki, azarkeşlər oyundan razı qalsınlar. Avropa yığmasında yer alacaq hər bir ulduz komandanıza qol vurmağa çalışacaq. Yenidən Bakıda meydana çıxmaq xoş olacaq. Çünki əvvəllər də ölkənizdə oyun keçirmişik və bizi çox yaxşı qarşılayıblar.
 
- Azərbaycan idmanını izləyirsizmi?
- Bilirəm ki, ölkənizdə idmana böyük diqqət yetirilməkdədi. Azərbaycanda da futbolu çox sevirlər. İki ölkə yığması artıq bir neçə dəfə üz-üzə gəlib. Futbolla yanaşı sizdə Olimpiadaya da xüsusi önəm verilir. Çoxlu titullu idmançılarınız var. Azərbaycanın bu və ya digər uğurları məni də sevindirir.
 
- Azərbaycan futbolunun gələcəyini necə görürsüz?
- Mənə elə gəlir ki, ölkədə futbola bu qədər diqqət və qayğı varsa, bunun mütləq nəticəsi olmalıdı. Bilirəm ki, klublarınızda güclü legionerlər çıxış edirlər. Uşaq futboluna da böyük diqqət var. Yadıma gəlir yığmanız Türkiyə millisini Bakıda necə məğlub etdi. Bakıda oynamaq həmişə çətin olub. İndi necə olduğunu bilmirəm. Amma o dövrlərdə komandanızı dolu tribunalar dəstəklərdi. Hətta güclü komandalar da bilirlər ki, Bakıda oynamaq heç də asan deyil.
 
- Bilirsiz ki, Azərbaycanda həm Türkiyə yığmasını, həm də klublarınızı çox yaxından izləyirlər?
- Bilirəm ki, bizim uğurlarımıza sizdə də sevinənlər çoxdu. Məsələn, biz dünya çempionatında uğurlu çıxış edən zaman Azərbaycanda bizimkilərdən az sevinmirdilər. Bizim ölkələr bir-birinə çox yaxındı. Yenidən Bakını görmək mənim üçün çox maraqlı olacaq. Paytaxtınızın çox dəyişidiyini deyirlər. Azərbaycan inkişaf edir və buna Türkiyədə də sevinirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.