25 aprel 2013 17:45
Sumqayıt Kəpəzlə oyuna tam heyətlə hazırlaşa bilmir
Topaz Premyer Liqasının son turunda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən "Sumqayıt" "Kəpəz"lə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilmir.
Yüngül zədəsi olan kapitan Samir Abasov və Pərdis Fərcad-Azad fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu aprelin 27-də saat 17:00-da "Dalğa Arena"da keçiriləcək.
