25 aprel 2013 18:04
Azərbaycan millisi: eyni rəqib, eyni hesab
Bu gün Bayıl stadionunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb.
Xatırladaq ki, bu komandalar arasında aprelin 23-də keçirilmiş yoldaşlıq oyunu da eyni hesabla türkiyəli futbolçuların qələbəsilə yekunlaşmışdı.
