26 aprel 2013 18:16
Rəvan Turanla oyuna tam hazırdı (FOTOLAR)
"Rəvan” Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Turan”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komanda bu oyun üçün hazırlığı artıq başa vurub.
Baş məşqçi Ramil Əliyev bütün futbolçuların iştirak etdiyi məşqdə yetirmələrini çox da yormayıb. Əsasən toplu çalışmalara üstünlük verilib. Futbolçuların gözəl ab-hava yaratdığı məşq qapıya zərbələr üzərində çalışmaqla başa çatıb.
Qeyd edək ki, "Bayıl Arena”da keçiriləcək "Rəvan” – "Turan” oyun sabah saat 17:00-da başlayacaq.
