26 aprel 2013 18:33

“Premyer Liqada heç bir klub sənə havayı 3 xal verməz”

Topaz Premyer Liqasında ikinci "altılığ”ın ilk dövrəsi çərçivəsində, 24-cü turda baş tutan "Turan” – "Rəvan” görüşündə paytaxt klubu rəqibini böyük hesabla üstələmişdi. Azerisport.az xəbər verir ki, həmin oyunda het-trik edərək görüşün əsas qəhrəmanlarından olan Xuan Manuel Varea həm də "Rəvan” tarixinə düşmüşdü.
 
Belə ki, o, Premyer Liqa çərçivəsində 1 oyunda rəqib qapısından 3 top keçirən ilk "aslan” olmuşdu. Tovuzlularla növbəti oyun ərəfəsində argentinalı bombardirimiz klubun rəsmi saytına danışıb.
 
Hazırda hesabında 13 qol olan və bombardirlər yarışında 3-cü pillədə qərarlaşan Xuan budəfəki oyunun daha çətin olacağını düçünür:
 
"Unutmaq lazım deyil ki, öncəki oyunda ilk hissədən sonra uduzurduq. Sadəcə, həmin matçda fasilədən sonra fantastik çıxış etdik. Premyer Liqada heç bir komanda sənə havayı 3 xal verməz. Hamı döyüşür. Özü də hazırda rəqibimizin durumu elədir ki, hər xal onlar üçün qənimətdir. Elitada qalmaq uğrunda yarışda həlledici mərhələ başlayır deyə, "Turan” bu dəfə daha inadkarcasına oynayacaq. Onlar "Xəzər Lənkəran”dan xal alıb, sonra da "Kəpəz”i udublar. Deməli, bizə qarşı da vuruşacaqlar. Amma "Rəvan”ın da öz məqsədləri var. Hələ elitadakı yerimizi tam qətiləşdirməmişik. Ona görə də 3 xal bizə də vacibdir. Ümumiyyətlə, hər matçda meydana 3 xal dalınca çıxırıq. Sadəcə, bəzən nəsə alınmır və heç nəsiz qalırsan. Çalışacağıq ki, bu dəfə belə istisna olmasın”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.