26 aprel 2013 18:26
Sumqayıt İdman Mərkəzinin işıq dirəkləri quraşdırılır (VİDEO)
Sumqayıt İdman Mərkəzinin tikintisi davam etməkdədir. Azerisport.az xəbər verir ki, artıq mərkəzin süni ot örtüyün quraşdırılması yekunlaşmaq üzrədi.
Bir neçə gün əvvəl isə stadionun işıqlandırma sisteminin quraşdırılmasına başlanılıb. Artıq üç işıq dirəyi tam hazır vəziyyətə gətirilib. Yaxın günlərdə tribunalarda oturacaqların quraşdırılmasına başlanılacaq.
Bundan başqa, Sumqayıt İdman Mərkəzinin texniki sahəsində də təmir işləri davam edir. Paltardəyişmə otaqları ilə yanaşı digər texniki otaqların tikintisi yekunlaşmaq üzrədir. Həmçinin mərkəzin digər meydançası üçün də hazırlıqlar davam edir.
