26 aprel 2013 18:50
Berti Foqts 28-ci turun iki matçını canlı izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək iki oyunu izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, almaniyalı mütəxəssis "Kəpəz" – "Sumqayıt" və "Bakı" – "Simurq" görüşlərini canlı izləyəcək.
Baş məşqçinin köməkçisi Nazim Süleymanov isə "Neftçi" - "İnter" oyununu izləyəcək.
