26 aprel 2013 19:05
Atletico Azərbaycanın ulduz futbolçuları ilə qarşılaşası olmadı
Xəbər verdiyimiz kimi, İspaniyanın “Atletico” klubu mayın 30-da Azərbaycanın ulduz futbolçularından ibarət komanda ilə yoldaşlıq oyunu keçirməliydi. Lakin azerisport.az xəbər verir ki, sözügedən görüş baş tutmayacaq.
Böyük ehtimalla Madrid təmsilçisi elə öncədən nəzərdə tutulduğu kimi, “Bakı” ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Bakı” – “Atletico” görüşü aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
